Sağlam qida bloggeri
1994-cü il, 9 may tarixində anadan olmuşam. Beş ildən artıqdır ki, sağlam qidalanma
sahəsində fəaliyyət göstərirəm və bu müddət ərzində yüzlərlə xanımın həyatına
toxunaraq onların həm fiziki, həm də psixoloji bərpasına dəstək olmuşam. Türkiyədə
fəaliyyət göstərən onlayn fitness akademiyasını birinciliklə bitirmişəm.
Bu sahədə qazandığım dərin bilik və təcrübə sayəsində təqdim etdiyim proqramların
99%-i yüksək və uzunmüddətli nəticələr vermişdir. Sağlamlıq mənim üçün yalnız düzgün
qidalanma deyil, motivasiya, balans və daxili gücün bərpasıdır.
Artıq bir ildir ki, fitness zalında fərdi və qrup məşqləri ilə xanımlara peşəkar
dəstək göstərirəm. Hər bir qadının fərdi potensialını ön planda tutaraq, ona uyğun
yanaşma formalaşdırıram.
Missiyam: sağlamlığın hər kəsin həyatı üçün əlçatan olduğunu göstərmək,
qadınların
həm bədən, həm də ruh sağlamlığına çatmaları üçün ilham və dəstək olmaqdır.